Presoterapiya (limfatik drenaj, kompress masajı və ya pnevmomasaj) — xüsusi apparatların tətbiqi ilə həyata keçirilən  fizioterapiyanın effektiv üsuludur. Prosedur limfa durğunluğunu aradan qaldırır.

Presoterapiyanın mahiyyəti: pasiyentə xüsusi kostyum geyindirilir. Sonra həmin kostyuma daxili tərəfdən yüksək təyziq altında fasilə ilə hava göndərilir. Bu prosses mütəxəssislər tərəfdən kompyuter ilə tənzimlənir.

Presoterapiya nəticəsində selyülitin bütün təzahürləri aradan qaldırılır və dərinin möhkəmliyi və  elastikliyi artırılır (yaxşılaşır). Bu terapiya üsulu orqanizmin limfodrenaj sisteminə aktiv təsir göstərir, artıq mayelər və toksinləri aradan qaldırır. Beləliklə, pressoterapiya tək arıqlama effekti deyil, həmçinin sağaldıcı təsirə də malikdir.

3 – 5 presoterapiya seansı nəticəsində birneçə kiloqramdan azad olmaq mümkündür.

Prosedur zamanı çox su içmək və təbii məhsullarla qidalanmaq lazımdır.