Tredliftinq 3D mezotellər vasitəsi ilə həyata keçirilir.

Bu prosedur kosmetologiyada həqiqətən də inqilabdır, çünki cəmi ilk seansdan cərrahi dartılma ilə muqaisə edilən liftinq effektinə nail olmaq mümkündür.

Prosedurun mahiyyəti üz və bədənin üçölçülü modulyasisyasına səbəb olan özü-özünə sovrulan tellərin təsis edilməsindən ibarətdir.

Tredliftinq hansı hallarda tətbiq olunur?

  • Üzün aşağı hissəsinin və çənənin tüklənməsi;
  • Alın qırışları, ağızyanı sahələrdə qırışlar, boyun qırışları;
  • Qulaq seyvanıyanı qırışlar;
  • Göz qapağlarının və qaş xətlərinin sallaqlıqı;
  • Küclü və dərin burun-yaş şırımları;
  • Aydın çevrəsi cızılmış burun – dodaq qatları.

Tredliftinqin tətbiqi hansı hallarda münasib deyil?

  • Kəskin infeksion xəstəliklər;
  • Qan xəstəlikləri;
  • Onkoloji xəstəliklər;
  • Autoimuniki xəstəliklər;
  • Hamiləlik və laktasiya;
  • Özü-özünə sovrulmayan implantlar;
  • Epilepsiya və psixiki xəstəliklər.

Prosedur tamamilə ağrısızdır.

Təyinatına görə 3D mezotellər 3 tip olurlar:

  • Xətt (Mono) mezotellər – üz dərisinin uzadılması, gözyanı sahələrdə qırışların aradan qaldırılması, boyun dərisinin cavanlaşdırılması, çənə xəttinin uzadılması və ya korreksiyası.
  • Spiral (Multi) mezotellər – mimiki qırışlar üçün, burun-dodaq qatlarının düzləndirilməsi, sallaq qaşların düzləndirilməsi, buxaqın aradan qaldırılması.
  • İynəvi (çərtmə ilə) mezotellər – universal tipdir, üz dərisinin istənilən nahiyəsinin düzləndirilməsi üçün münasibdir.