EXILIS ULTRA 360 APARATI İLƏ HƏYATA KEÇİRİLƏN PROSEDURALAR
Exilis Ultra 360 aparatı İngiltərənin BTL Aesthetics (BTL Aestetiks) şirkəti tərəfindən istehsal olunub, aparat radiotezlik və ultrasəs impulslarının eyni zamanda tətbiq olunması əsasında qurulub. İki yüksək effektivlik təşkil edən texnologiyaların birləşdirilməsi nəticəsində aparat bir neçə istiqamətdə uzun müddətli və göz qamaşdıran effektə nail olmanızı təmin edəcək:
- Bədən quruluşunun konturlarının korreksiyası.
- RF-liftinq və üz dərisinin cavanlaşdırılması.
- RF-liftinq və bədəndə dərinin cavanlaşdırılması.
Hər prosedura tamamilə ağrısız və təhlükəsizdir və tətbiq edildiyi nahiyədən asılı olaraq 8-30 dəqiqə davam edir. Ultrasəsin və radiotezlikli terapiyanın dərialtı birləşdirici yağ toxumalarına göstərdiyi təsirin dərinliyi 3–3,5 sm təşkil edir, bunun sayəsində dərini və ətrafyanı toxumaları keyfiyyətli şəkildə isitmək, cavanlaşdırmaq və dartmaq mümkündür. Proseduranın bir kursundan sonra əldə edilən nəticə 2 ildən artıq qalıcılığa malikdir.
GÖSTƏRİŞLƏR
- Üz və boyun nahiyəsinin konturlarının aydın olmaması.
- Qırışlar.
- Dəri elastikliyinin azalması.
- Dərinin sallanması və büzüşməsi .
- Sellülit.
- Piy yığınları.
- İntim cavanlaşdırma.
- Doğuşdan sonra reabilitasiya.
- Qadınlarda streslə əlaqədar sidik saxlaya bilməmə.
ƏKS GÖSTƏRİŞLƏR
- Hamiləlik.
- Onkoloji xəstəliklər.
- Çapıqlar, kəsiklər, cızıqlar və proseduranın keçiriləcəyi nahiyələrdə başqa zədələnmələr.
- Dermatit.
- Proseduraların aparılacağı nahiyələrdə metal implantların olması.
- Menstruasiya müddəti.
EXILIS ULTRA 360 PROSEDURALARININ KEÇİRİLMƏ ÜSULU
- Həkim pasiyenti narahat edən estetik problemi pasiyentlə müzakirə edir, problemə uyğun olaraq başlıq və applikatorlar seçilir.
- Tələb olunduğu halda dərinin təmizlənməsi – demakiyaj həyata keçirilir.
- Başlıqların istifadəsi ilə prosedura uyğun nahiyəyə davamlı şəkildə tətbiq olunur.
Mütəxəssislər tərəfindən hərarətin daima yoxlanılmasına görə pasiyent yalnız yüngül istilik hiss edir, prosedura zamanı yanıq alma təhlükəsi mövcud deyil.
Proseduraların nəticələri
Birinci seansdan sonra ilk nəticələri görmək mümkündür:
- Sellülitsiz, hamar, düzləşdirilmiş dəri.
- Liftinq effekti.
- Dərinin dartılması, dəri sıxlığının artırılması.
- İkinci çənənin aradan qaldırılması.
- Yağ yığıntılarının aradan qaldırılması.
- Bədən və üz konturlarının aydınlaşması.
- Qırışların aradan qaldırılması.
- Xarici cinsi orqanların cavanlaşdırılması.
- Qadın intim əzələlərin terapiyası və bunun nəticəsində – streslə əlaqədar sidik saxlaya bilməmə probleminin aradan qaldırılması.
- Yeni kollagen toxumalarının əmələ gəlməsi prosesinin başlanması.
kursun keçirilmə müddəti
Üzün, bədənin dizaynı və konturlaşdırılması üçün 7-10 gündən bir keçiriləcək 4-8 proseduraya ehtiyac var. Qinekoloji problemlərin aradan qaldırılması üçün 7-10 gündən bir 3 prosedura həyata keçirilməlidir.
reabilitasiya və dərinin qayğısına qalma
Üz dərisinin cavanlaşdırılması, intim cavanlaşdırma, bədən quruluşunun korreksiyası və ya başqa proseduralardan sonra normal həyat tərzinə qayıda bilərsiniz. Reabilitasiyaya ehtiyac yoxdur.
EXILIS ULTRA 360 aparatı ilə keçirilən proseduraların üstünlükləri
- Qeyri-travmatik olması. Exilis Ultra Femme 360 prosedurası invaziv üsulla tətbiq olunmur və dərini travmalara məruz qoymur.
- İki texnologiyanın eyni zamanda tətbiq olunması sayəsində yüksək effektivlik.
- Üsul tətbiqinin pasiyent üçün tam təhlükəsiz olması. Radiotezliklərin və ultrasəsin tətbiqi zamanı hərarətə daima nəzarət olunur, bu səbəbdən yanıqların əmələ gəlməsi riski aradan qaldırılır.
- Prosedura əlçatmaz nahiyələrdə də həyata keçirilə bilər, o cümlədən intim zonalarda da.
- Exilis Ultra Femme 360-dan sonra reabilitasiya tələb olunmur.