Ultrasəs vasitəsi ilə təmizlənmə –  çirklənmənin aradan qaldırılması üçün nəzərdə tutulmuş apparat kosmetologiyası üsuludur. Bu üsul üz dərisinə sağlam görkəm bəxş edir.

Bu üsülun mahiyyəti yüksək frekanslı səs dalğalarının dəriyə daxil olub kosmetika, yağ və toz qalıqlarının çıxardılması üçün istifadə olunmasından ibarətdir.

Əlavə olaraq səs dalğaları mikromassaj yaradır, bu isə qan axınını və limfodrenajı yaxşılaşdırır.

Ultrasəs təmizləməsi hansı hallarda tətbiq olunur?

  • Geniş məsamələr;
  • Azalmış dəri turqoru və tonusu;
  • Solğun dəri;
  • Dəridə qara nöqtələr və sızanaqlar;
  • Piy tıxaclarının dərinliyi.

Ultrasəs təmizləməsinin tətbiqi hansı hallarda münasib deyil?

  • Hamiləlik;
  • Onkoloji xəstəliklər;
  • İltihab prosesləri;
  • Dövran sistemi xəstəlikəri.

Bu prosedur nəticəsində məsamələr təmizlənir, daha az nəzərə çarpır, dəri daha yaxşı  nəfəs almağa başlayır.

Prosedür 15-20 dəqiqə davam edir.

Prosedurun daha effektiv nəticə verməsi üçün 1,5 – 2 həftədən bir 4-8 seans təkrarlanması tövsiyə olunur.

Mexaniki təmizləmə – epidermisin üst qatının və artıq piy vəzlərinin təmizlənməsi prosedurudur. Prosedur dəridəki çirki, dəri yağını və ölü hüceyrələri aradan qaldırır, dəriyə əvvəlki təravətini qaytarmağa kömək edir.

Mexaniki təmizləmə hansı hallarda tətbiq olunur?

– Geniş Məsamələr;

– Akne (Sızanaqlar);

– Həddindən artıq dəri yağlılığı;

– Dəri tonusunun aşağılığı;

– Komedonlar.

Mexaniki təmizləmənin tətbiqi hansı hallarda münasib deyil?

– Dermativlərin kəskin forması;

– Herpes;

– Ekzema;

– Allerqiya;

– Menstruasiya və pms (premenstrual sindrom);

– Dərinin həddindən artıq quruluğu;

– Furunkulyoz;

– Bronxial astma;

– Hipertoniya;

– Qan xəstəlikləri.

Təmizlənməni nə vaxt etməli?

Bu dərinin vəziyyətindən asılıdır. Yağlı dəri üçün – 10 gündə bir dəfə, normal dəri üçün – ayda 1-2 dəfə.

 

Üz dərisinin qarışıq təmizləmə növü – maksimal dərəcədə effektiv sayılan, manual və ultrasəs təmizləmə üsullarının birləşməsi ilə həyata keçirilir. Manual təmizləmə – qara civzələrin, piy vəzləri və dəri səthindəki burcuqların əllə, və ya xüsusi metalik ilmə vasitəsi ilə təmizlənməsi (Unna qaşıqcığı). Ultrasəs təmizlənməsi manual təmizləmə ilə dərini minimal dərəcədə zədələmək üçün birləşdirilir.

Qarışıq təmizləmə növü hansı hallarda tətbiq olunur?

– Cizvə,sızanaq və qara nöqtələr;

– Yağli dəri;

–  Piy probkaları;

– Furunkullar;

– Solğun, sağlam görünməyən üz rəngi;

– Keratoz;

– Qabarıqlı, hamar olmayan dəri;

– Dəri səthinin tonusunun azalması;

– İltihab;

-Dərinin şişməsi;

– Balaca çapıqlar və striyalar.

Qarışıq təmizləmə növünün tətbiqi hansı hallarda münasib deyil?

– Onkoloji xəstəliklər;

– Dəri travmaları;

– Qan dövranı sisteminin xəstəlikləri;

– Arterial təzyiqin yüksəkliyi;

– Hamiləliyin 2ci yarısı;

– Herpes.

Bu prosedur bir dəfə tətbiq olunur. 2 – 3 aydan bir tətbiq olunması tövsiyyə edilir.