EMFACE — üzün neyromuskulyar və dermal remodelizasiyası

 

EMFACE iki enerjinin sinerjisinə əsaslanan yüksək texnologiyalı, qeyri-invaziv prosedurdur: sinxronlaşdırılmış radiofrekans enerjisi və yüksək intensivlikli fokuslanmış elektromaqnit stimulyasiyası (HIFES™). Bu kombinasya eyni zamanda dərinin dermal qatına və mimik əzələlərə təsir edərək üz toxumalarının kompleks remodelizasiyasını təmin edir.

 

Radiofrekans enerjisi dermada nəzarətli istilik effekti yaradaraq fibroblastların aktivləşməsinə, kollagen və elastin sintezinin (neokollagenez və neoelastogenez) stimulyasiyasına səbəb olur. Nəticədə dərinin sıxlığı, elastikliyi və ümumi keyfiyyəti artır, toxuma daha möhkəm və bərabər strukturlu olur.

 

HIFES™ texnologiyası mimik əzələlərdə adi hərəkətlə əldə olunmayan intensiv supramaksimal yığılmalar yaradır. Bu isə aşağıdakı nəticələrə gətirib çıxarır:

 

  • əzələ tonusunun artması
  • üzün əzələ karkasının güclənməsi
  • əzələlər arasında balansın bərpası
  • yumşaq toxumaların liftingi və düzgün yerləşməsi

 

 

Klassik yalnız dəriyə yönəlmiş metodlardan fərqli olaraq, EMFACE üzün arxitekturası ilə işləyir və dəri ilə əzələ-aponevrotik sistem arasındakı funksional əlaqəni bərpa edir.

 

EMFACE-in klinik təsirləri:

 

  • mimik əzələlərin tonusunun və sıxlığının artması
  • üz ovalının və konturlarının yaxşılaşması
  • kollagen və elastin sintezinin stimulyasiyası
  • dərinin sıxlığının və keyfiyyətinin yüksəlməsi
  • mimikanı pozmadan kompleks cavanlaşma

 

 

Prosedura anesteziya və reabilitasiya dövrü tələb etmir, çünki epidermis zədələnmir və invaziv müdaxilə yoxdur. EMFACE fizioloji, təhlükəsizdir və müasir estetikada qəbul edilmiş çoxsəviyyəli cavanlaşma konsepsiyasına tam uyğundur.

 

EMFACE — neyromuskulyar aktivasiya və dermal regenerasiya prinsiplərinə əsaslanan biostimulyasiyaedici üz remodelizasiya texnologiyasıdır.

Estetikanın gələcəyi yaşı gizlətməkdə deyil, toxumaların strukturunu və funksiyasını bərpa etməkdədir.