Uzun və sağlam dırnaqlar istəyirsiniz?
IBX sistemi – problemli dırnaqların bərpası və dırnaqların uzanmasının stimulyasiyası üçün tətbiq olunan yeni prosedurdur. Bu prosedurun başqa sistemlərdən fərqi odur ki, İBX tək dırnaq səthinə deyil onun strukturuna daxil olur. Və akril və ya boya təmizləyici maye ilə silinmir. Təbii dırnaq ilə uzanır və ancaq dırnaqla birgə kəsilir.
Hansı hallarda tətbiq olunur?
- Zədələnmiş dırnaqların müalicəsi zamanı onların möhkəmləndirilməsi və bərpası.
- Dırnaqların bərkidilməsi və dırnaq uzanmasının stimulyasiyası.
- Boyanın və ya gel-lakın istifadəsindən əvvəl müdafiyə qatı kimi istifadə olunur.
Sistem iki maddədən ibarətdir:
- İBX Repair – zədə və çatları doldurur;
- Dırnaqların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş maddə.
Nəticə – qüclü, hamar və sağlam dırnaqlar.