Xanımların daimi problemlərindən biri dəfələrlə boyandıqdan, ütüləndikdən, kimyəvi üsulla düzləndirildikdən və burulduqdan, stayler istifadəsindən sonra, saçın strukurunun pozulması, elastikliyini və sağlam parlaqlığını itirməsidir.
Müasir kosmetologiya möcüzəvi preparat olan keratin vasitəsi ilə bu problemin effektiv həllini təklif edir. Bu sözün əsl mənasında möcüzədir. Saçların keratinlə düzlənməsi hər saç telinin intensiv müalicəsi yolu ilə saçların düzləşməsi və saçların sağlamlığının bərpasıdır. Saçların dərin qatına hoparaq, keratin onları zənginləşdirir və saç strukturunu doldurur, beləliklə saçları daha sağlam edir, onları daha uzunömürlü edir.
Keratin düzlənməsi hər saç növü üçün istifadə oluna bilər, həmçinin o, boyanma ilə də birlikdə istifadə edilə bilər. Bu prosedurdan sonra saçlar parlaq və yumşaq olur, ütülənmə prosesi asanlaşır.