Əgər siz saçınızın rəngindən yorulduğunuzu hiss edirsinizsə və saçlarınıza parlaqlıq qatmaq istiyirsinizsə, saçları müxətlif rəng çalarlarına boyamaq əsl sizin üçündür.
Kolorlaşdırılma — 3 -dən 15 qədər tonun istifadə olunması vasitəsi ilə həyata keçirilən saç rənglənməsinin bir növüdür. Bu saç rənglənməsi ən çətin texnikaya malik olan növlərindən biridir.
Kolorlaşdırılmanın nəticəsi blondlaşdırılmanın nəticəsi kimidir, lakin çalarların çoxluğu ilə başqa rəngləmə növlərindən fərqlənir.
Kolorlaşdırılma həm açıq, həm də tünd saçlarda olur. Açiq saçlarda ona həmçinin «babyblust» yəni körpələrin saçlarında olan parıltı da deyilir.
Hansı çalarları seçsənizdə ən əsası işin səliqəli olmasıdır. Biz iə bunu sizə təmin edərik!