Qaşların permanent tatuajı – indiki zamanda ən çox tələb olunan kosmetik prosedurlardan biridir.
Prosedurun mahiyyəti epidermisin yuxarı qatlarına, dəri səthində 3 – 6 il saxlanan boya maddəsinin vurulmasındadır. Prosedur nəticəsində simmetrik və həcmli qaşlar yaranır.
Bu üsulun bir neçə növü vardır:
– Tel texnikası – yara izləri və çapıqların gizlədilməsi üçün və ya maqqaşın səhf istifadəsi nəticəsində qaşların formasının itməsi hallarında istifadə olunur. Qaşların üzərində yeni təbii qaşların formalarını təkrarlayan qaş telləri yaradılır.
– 3D texnikası – yeni üsuldur. Bu üsulun köməyi ilə, qaşüstü qövslərin üzərində qaş tellərinin yoxluğunda və ya qaşlarda seyrəklik olduğunda qaşların görümlülüyü bərpa olunur.
– Kölgələndirilmə – solmuş qaş rənginin bərpası üçün istifadə olunur. Qaşın təbii formasını vurğulayır. Kontur boyunca qaş tellərinə kölgə vurulur, bu isə baxışlarda aydınlıq effekti yaradır.
Qaşların permanent vasitəsi ilə tatuajı hansı hallarda münasib deyil?
- Hamiləlik və laktasiya;
- Kəskin xroniki xəstəliklər;
- Şəkərli diabet;
- Psoriaz;
- Qemofiliya;
- HIV;
- Herpes;
- Hipertoniya;
- Allerqik xəstəliklər;
- Epilepsiya və psixiki xəstəliklər.
Dodaqların permanent vasitəsi ilə tatuajı – işgüzar və nəinki makyajı duzəltməyə, makiyajı etməyə belə vaxt tapmayan xanımlar üçün ideal həlldir. Dodaqların permanentlə tatuajı vasitəsi ilə gözəl dodaq həcminə, dodaqların parlaq olmasına və eləcədə dodaq uclarının vizual şəkildə qaldırılmasına nail olmaq mümkündür.
Rəng və həcminə görə rəngləmə texnikasının növbəti növləri var:
- Kontur – dodaq konturlarının yayğınlığını aradan qaldırır, dodaq qələmi effekti yaradır. Bu üsul dodaq konturlarının yayğınlığından ayrı problemlər olmadıqda tətbiq edilir.
- Kölgələndirmə ilə kontur – aydın konturdan əlavə dodaqlar daha parlaq görsənməsinə səbəb olur. Kölgələnmə tam və qismi olur. Tam kölgələnmə nazik dodaqlara yaraşmır, çünki o, onsuzda az olan həcmi bağlaya bilər.
- 3D texnoloqiya – bu üsul rəng və kölgələrin qarışmasıdır, dodaqlar inyeksiyasız həcmli və relyefli olur.
Prosedur gərəkli nəticələrdən asılı olaraq 30 dəqiqədən 3 saata gədər davam edir.