Orta pilinq – kimyəvi pilinq növüdür, bərkimiş və ölü hüceyrələrin epidermal və bazal qatlardan aradan qaldırılmasından ibarətdir. Prosedur üz, boyun, qol , dekolte və bədənin başqa problemli nahiyələrinə tətbiq olunur.
Orta pilingin yüngül pilingdən fərgi odur ki, bu üsul daha qatlaşdırılmış turşuların istifadəsi ilə təbiq olunur, məsələlən, ən çox istifadə olunan turşu – TCA turşusudur.
Orta piling hansı hallarda tətbiq olunur?
– Dərinin elastikliyini itirməsi;
– Dərin və böyük olmayan qırışlar;
– Güclü piqmentasiya (çillər daxil);
– Üz dərisi relyefinin hamar olmaması;
– Xloazm;
– Çapıqlar;
– Səth keratomları;
– Postakne;
– Ziyil və papilomlar;
– Güclü piqmentasiya;
Orta pilingin tətbiqi hansı hallarda münasib deyil?
– Ürək-damar sistemi xəstəlikləri;
– Onkoloji xəstəliklər;
– Şəkərli diabet;
– Dəridə irinləmə və ya iltihab prosesləri;
– Qan laxtalanmasının pozulması;
– Açıq yaralar;
– Xroniki və şiddətli infeksion xəstəliklər;
– Epilepsiya və psixoloji xəstəliklər;
Orta pilinq nəticəsində nəyə nail olmaq mümkündür?
– Dərinin üst qatının eyni bərabərlikdə olması;
– Dəri qatlarının möhkəmləşməsi;
– Epidermis qatının daha sıx olması.
Yüngül piling – ölmüş hüceyrə qatlarının reqenerasiya prossesini gücləndirmək məqsədi ilə aradan qaldırılmasıdır. Bərpa üçün zaman tələb etmir və tətbiqi nadir hallarda məsləhət görülmür.
Yüngül piling hansı hallarda tətbiq olunur?
– Dərinin yağlılığı;
– Civzə;
– Xırda qırışlar;
– Seberoya;
– Postakne;
– Piqmentasiya.
Yüngül pilingin tətbiqi hansı hallarda münasib deyil?
- Preparatlara qarşı allerqiya;
- Dəridə yaralar və sıyırıqlar;
- Herpes;
- Mexaniki üz təmizlənməsi,epilyasiya,və qaş korreksiyasından sonra bir müddət;
- Dermotoloji xəstəliklər.
Prosedür nəticəsində məsamələr daralır, dəri tonusu qalxır, dəri nəmləndirilir, dəri daha elastik olur, dərinin səthi düzləndirilir.