Dərinin vaxtından tez qocalmasının qarşısını almaq və dəri funksiyalarını dəstəkləmək üçün dəriyə qayğı prosedurlərı tətbiq olunur.
The Science of Beauty üz dərisinin qayğısına qalmaq üçün növbəti prosedurlərı həyata keçirir:
- Nəmləndirmə;
- Cavanlaşdırma ( solan və quruyan dərinin qocalmasına qarşı intensiv profilaktika);
- Liftinq (dermal səviyyədə dərinin yaşa görə dəyişməsinə qarşı profilaktika və dərinin müalicəsi);
- Problemli dərinin müalicəsi (akne);
- Antikuperoz (damarların daralması və qüvvətləndirilməsi, üz rənginin düzləndirilməsi və nəmləndirilməsi);
- Bərpa (ağır kosmetoloji prosedurlardən sonra).
Bu prosedurlar nəticəsində məsamələrin enlənməsi, kuperoz, səpmə, dərinin elastikliyini itirməsi, dərinin quruluğu, dərinin şişkinlikliyi, çapıqlar və həddindən artıq piqmentasiya kimi problemlər aradan qaldırılır.
Prosedurlar müxtəlif maskalar, kremlər, cavanlaşdırıcı preparatlar və konsentratların istifadəsi ilə tətbiq olunur. Lakin bu prosedurda əsas olan massajdır. Massaj bütün qayğı prosedurlərına daxildir.
Bu prosedur üçün yaş məhdudiyyəti yoxdur.
Üz dərisinin professional massajı – təravətli və möhkəm dəriyə sahib olmaq və qırışlardan azad olmaq üçün əla üsuldur.
Üz massajı nəticəsində hansı effektlərə nail olmaq olar?
- Mikrosirkulyasiya və limfodrenajın güclənməsi;
- Üz qırışlarının yaranmasına qarşı profilaktika;
- Dəri tonusunun artırılması;
- Gözyanı şişlərin aradana qaldırılması;
- Alın, yanaq və çənə nahiyyəsində dərinin uzadılması;
- Dəri rənginin yaxşılaşdırılması.
Üzün professional massajı adətən kurslarla tətbiq olunur və bu kursların hər biri 10 seansdan ibarətdir. Prosedurun 27 yaşdan yuxarı şəxslərə tətbiq olunması tövsiyyə olunur.
Prosedurun nəticələri massajdan dərhal sonra üzə çıxır, dərinin rəngi açılır və tonus hissi yaranır.