Hər bir xanım toy günündə əsrarəngiz görünmək istər. Xüsusi ilə əgər bu onun öz toyudursa. Gözqamaşdırıcı gəlinlik, ondan heç də geridə qalmayan ayaqqabı və aksesuarlar. Və sözsüz ki, gözəl saç düzümü və makyaj.
Bütün qızlar toy günündə ”tamamilə fərgli” görünmək istəyirlər. Və biz bununla tam razıyıq. Lakin biz bu məqsədə çatmağa çalışarkən, maksimal dərəcədə təbiiliyə can atırıq. The Science of Beauty -nin sizin üçün ideal olan obraz yaratmaq üçün bütün imkanları var.
Uzun buruqlar istəyirsiniz? – Asanlıqla !
Qısa saçlar üçün saç düzümü? – Əlbəttə !
Obrazınız haqqında bir qərar verə bilmədiniz? – Kömək edərik!