Layihənin qurucusu və rəhbəri İndira Mütəllibzadədən…

“The Science of Beauty 2016 -cı ilin yanvar ayında təsis edilmişdir. İlkin ideya olaraq gözəllik industriyasında yeni model estetik mərkəzin yaradılması idi.

Mərkəzin konsepsiyasını qurarkən əsas məqsədimiz xidmət səviyyəmizə böyük diqqət ayırmaq və hər müştəriyə fərdi yanaşma idi. Mərkəzimiz gözəlliyin yarandığı məkanla yanaşı harmoniya, müsbət əhval və enerji mənbəyi dünyadır. Hər il personalımızın ixtisasını artıraraq yeni trendləri izləməyə çalışırıq.

Gözəllik okeanımıza baş vuraraq həm zahiri həm daxili dəyişiklikləri hiss edin.

Məni tanıyan hər kəs mərkəzimizin bünövrəsinə  hər daşın necə  ürəklə qoyulduğunu bilir.”