Kavitasiya — sellülit və piy qatlarının aşağıtezlikli ultrasəs dalğalarının piy toxmalarına  təsiri ilə həyata keçirilir. Mütəxəssislərin dediyinə görə kavitasiya effekti cərrahi liposaksiya effekti ilə müqaisə edilir.

Kavitasiya metodikasının mahiyyəti bundan ibarətdir: aşağıtezlikli ultrasəs təsiri altında yağ toxmasındaki hüceyrələrin içində köpükcüklər yaradılır, sonra onlar böyüyür və piy yığıntılarını  parçalayır. Prosedur zamanı piy toxmasının membranı zədələnmir.

Kavitasiya proseduru dəridə qançır izləri qoymur və prosedurun nəticələri bir il ərzində qalır.

Kavitasiya hansı hallarda tətbiq edilir?

  • Selülit;
  • Artıq piy qatları;
  • Lipomların təmizlənmə

Kavitasiyanın tətbiqi hansı hallarda münasib deyil?

  • Hamiləlik;
  • Qan dövranın (qanın laxtalanma prosessinin) pozulması;
  • Hepatit;
  • Böyrək çatışmamazlıqı;
  • Şəkərli diabet.

Prosedür tamamilə ağrısızdır və anasteziya tələb etmir.