Ənənəvi manikur tərəfdarları və yeni tərz manikur sevməyən xanımların sevimli proseduru SPA-manikurdur. Bu ekzotik yağlar və aromaların istifadəsi ilə xoş və rahatlaşdırıcı manikür növüdür.

İndividual seçilmiş komponentlər dərini nəmləndirir, qidalandırır və yumşaldır. Eyni zamanda əl dərisinin pillinqi keçirilir, bu ölü hüceyrələrin aradan qaldırılmasına səbəb olur, dərinin cavanlaşdırılmasını istəyən xanımlar üçün isə tərkibində keramid olan preparatlar tətbiq olunur.

Sondakı massaj isə yorğunluğu aradan qaldırır, sakitləşdirir və əla əhval ruhiyə bəxş edir.