Keroplastika – saçların  keratin vasitəsi ilə dolğunlaşdırılması prosedurudur, 4 pillədən ibarətdir, saçların zülal strukturunun doldurulmasıdır. Doldurulma nəticəsində saç tökülməsi aradan qaldırılır və saçlar daha sağlam görünür.

Prosedür necə keçirilir?

1 -ci pillə – tərkibində sulfat olmayan xüsusi  şampun ilə saçların təmizlənməsi.

2 -ci pillə – tərkibində keratin kompleksi olan ampul konsentratının saçlara vurulması.

3 -cü pillə – keratini saçların dərin qatlarında saxlayan xüsusi maskanın saçlara vurulması.

4 -cü pillə – pulcuqları bağlayan, hidrobalansı saxlayan, elastikliyi artıran və saç səthini düzləşdirən  kondisionerin istifadə olunması.

Prosedür qısa saçlar üçün  45 dəqiqə, uzun saçlar üçün isə 1,5 saat davam edir.