Ayaq üçün parafin — kosmetologiyada ayaqların nəmləndirilməsi, cavanlaşdırılması və ağırlığın aradan qaldırılması üsuludur. O, habelə qan dövranını yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır.

Kosmetik parafinin tərkibində faydalı minerallar, bitki ekstraktları, kakao-yağı, vitamin A, vitamin E vardır.

Parafinoterapiyanı ekspress-sauna ilə müqaisə etmək olar, çünki onun effekti sauna effekti kimi dərin olur. Parafin yüksək istilik tutumuna malikdir. Dəri 2-3 dərəcə isinir və dəridə bəzi proseslər başlayır. Sonra məsamələr açılır və dəridəki toz və kir üzə çıxır. Parafin soyuyanda dəri bütün nəmliyi içinə çəkir.

Və beləcə zərif, hamar və çatsız dəriyə nail olursunuz.