Üz mezoterapiyası – kosmetoloji çatışmamazlıqların düzəldilməsi üçün xüsusi vitaminlərin və preparatların dəriyə vurulmasıdır. Bu üsul 150 ildir ki məlumdur, demək olar ki 50 ildir tətbiq olunur. Bu üsulu Paskal həkim tapmışdır (icad etmişdir). Pasiyentin dərisinə ağrıkəsici vurduqda, o ağrı ilə birgə başqa xəstəliklərində yox olduğunu kəşf etmişdir.
Pasientə vurulan mayenin növü onun dəri probleminin növündən asılı olaraq dəyişir. Adətən bu, tərkibində antioksidantlar, mikroelementlər və aminoturşular olan mezokokteyllərdir.
Bu prosedur hansı hallarda tətbiq olunur?
- Üz qırışları,yorğun dəri, gözaltı tor və dairələr;
- Dəri rənginin dəyişməsi,piqment ləkələri;
- Kəskinləşməmiş Akne (civzə);
- Həddindən artıq yağlı və ya quru dəri,dərinin çoxməsaməli olması;
- Kuperoz;
- Cərrahiyə əməlliaytlarından, piling, və lazer cilalanmasından sonra dərinin bərpası.
Üz mezoterapiyasının tətbiqi hansı hallarda münasib deyil?
- Onkoloji xəstəliklər;
- Allergiya;
- Şəkərli diabet;
- Böyrək çatızmamazlığı;
- Damarların patologiyası;
- Hamiləlik (3 trimestrlik) və laktasiya;
- Qempfiliya;
- Epilepsiya;
- Antikoaqulyantların və dezaqreqantların qəbulu.
Bu prosedür necə təbiq edilir?
Konsultasiya zamanı həkim sizin dərinizin vəziyyətini qiymətləndirir, əsas problemləri aşkar edir və prosedurun həyata keçirilməsinə mane olan amillərin varlığını yoxlayır.
Prosedur anesteziya vasitəsi ilə keçirilir və bu onu ağrısız edir.
Seans sayı dərinin vəziyyətindən, pasiyentin yaşından və problemindən asılıdır.
Məsələn, gözaltı torların aradan qaldırılması üçün təxminən 1-4 prosedurun 7-10 gündən bir təkrarlanması lazımdır.
Saç mezoterapiyası . Gözəl saçlara sahib olmaq üçün, hərşeydən öncə saç köklərinin sağlamlığına və baş dərisinə kifayət miqdarda qida maddələrinin getməsinə xüsusi diqqət yetirmək lazımdır. Belə hallarda mezoterapiya köməyimizə çatır. Mezoterapiyanın əsas məqsədi saç tökülməsinin dayandırılması və saçların daha yaxşı uzanmasıdır.
Saç mezoterapiyası hansı hallarda tətbiq edilir?
- Saç tökülməsi,seyrəkləşmə;
- Saç uclarının qırılması;
- Saçın həddindən artıq quru olması, saçqıran, kəpək;
- Hamiləlikdən sonra saç strukturunun dəyişməsi;
- Əməliyyat, dərman preparatlarının qəbulu, pəhriz və ya saç rənglənməsi nəticəsində saç uzanmasının yavaşlaması;
- Vaxtından əvvəl saç ağarması.
Saç mezoterapiyasının tətbiqi hansı hallarda münasib deyil?
- Hamiləlik və laktasiya;
- Onkoloji xəstəliklər;
- Mezokokteyl preparatlarına qarşı allergiya;
- Endokrin xəstəlikləri;
- Zəif immunitet;
- Qemofiliya;
- Menstruasiya müddəti;
- Antikoaqulyantların və dezaqreqantların qəbulu;
- Epilepsiya və psixoloji xəstəliklər.
Həll olunması gərəkən problemdən asılı olaraq saç mezoterapiyası oksigenli, çoxkomponentli, mikroelementli , qomeopatik və s. olur. Tətbiq olunan kokteyllərin tərkibində faydalı və saç uzanması üçün lazımlı maddələr vardır: sink, selen, mis, maqniy, qlaurin turşusu (A,B,C,E və başqa qrup) vitaminləri, yağlı turşular, aminoturşular, fermentlər və s.
Prosedur tamamilə ağrısızdır. Nəticələrə nail olmaq üçün 8-10 prosedür tələb olunur (1 seans).