Blondlaşdırma (saç rənginin açılması) – ayrı-ayrı saç tellərinin rənglənməsi. Bu üsulun mahiyyəti saçın təbii rənginin, boya rəngi ilə qarışdırılmasındadır.
Bu üsulun tətbiqinin məqsədi – saçlara vizual həcmin verilməsi və saç rənginin dərinliyini vurğulamaqdır.
Bu üsulun bir neçə növü var:
Ənənəvi üsul – saç tellərinin 3-5 mm. enlilkdə,eyni formada rənglənməsi. Üsul iki mərhələdən ibarətdir: rəngsizləşdirmə və tonlaşdırılma.
“Duz və istiot” üsulu – külrəngi çalarlarla tonlaşdırma .
“Kaliforniyasayağı” blondlaşdırma – “günəş şüalarının təsirindən yanmiş saç effekti” – saçın kökündən hamar keçidlərin yaradılması.
Saçların Brondirləşdirilməsi (Brown + Blond) –iki tonun bir-birinə tədricən keçidi yaradılır.
Şatuş və ya fransız üsulu – ucyanı bəzi saç tellərinin rənginin açılması, qabağdakı saç tellərinə xüsusi diqqət göstərilir.
Balayaj – bu üsulun əsas xüsusiyyəti tünd və açıq çalarlar arasındakı sərhədin intensiv yayğınlığındadır.
Hansı üsulun sizin saç strukturunuza və saçlarınızın uzunluğuna daha çox uyğun olduğunu tapmağa sizə The Science of Beauty mütəxəssisləri kömək edəcəklər.