Saç mezoterapiyası . Gözəl saçlara sahib olmaq üçün, hərşeydən öncə saç köklərinin sağlamlığına və baş dərisinə kifayət miqdarda qida maddələrinin getməsinə xüsusi diqqət yetirmək lazımdır. Belə hallarda mezoterapiya köməyimizə çatır. Mezoterapiyanın əsas məqsədi saç tökülməsinin dayandırılması və saçların daha yaxşı uzanmasıdır.

Saç mezoterapiyası hansı hallarda tətbiq edilir?

  • Saç tökülməsi,seyrəkləşmə;
  • Saç uclarının qırılması;
  • Saçın həddindən artıq quru olması, saçqıran, kəpək;
  • Hamiləlikdən sonra saç strukturunun dəyişməsi;
  • Əməliyyat, dərman preparatlarının qəbulu, pəhriz və ya saç rənglənməsi nəticəsində saç uzanmasının yavaşlaması;
  • Vaxtından əvvəl saç ağarması.

Saç mezoterapiyasının tətbiqi hansı hallarda münasib deyil?

  • Hamiləlik və laktasiya;
  • Onkoloji xəstəliklər;
  • Mezokokteyl preparatlarına qarşı allergiya;
  • Endokrin xəstəlikləri;
  • Zəif immunitet;
  • Qemofiliya;
  • Menstruasiya müddəti;
  • Antikoaqulyantların və dezaqreqantların qəbulu;
  • Epilepsiya və psixoloji xəstəliklər.

Həll olunması gərəkən problemdən asılı olaraq saç mezoterapiyası oksigenli, çoxkomponentli, mikroelementli , qomeopatik və s. olur. Tətbiq olunan kokteyllərin tərkibində faydalı və saç uzanması üçün lazımlı maddələr vardır: sink, selen, mis, maqniy, qlaurin turşusu (A,B,C,E və başqa qrup) vitaminləri, yağlı turşular, aminoturşular, fermentlər və s.

Prosedur tamamilə ağrısızdır. Nəticələrə nail olmaq üçün 8-10 prosedür tələb olunur (1 seans).