Digər fiqura korreksiyası üçün nəzərdə tutulan üsullardan fərqli olaraq effektiv və eyni zamanda xoş olan üsul – masajdır. Masajın əsas cəhətlərindən biri – qan dövranını və toxmaların limfa dövranını qücləndirməsidir, bu isə piy qatlarının azalmasına səbəb olur.

Mərkəzimizdə bir neçə masaj üsulu tətbiq edilir:

– Müalicəvi. Masajın mahiyyəti – yoğurmanın, basmanın və çəpik çalmanın vasitəsi ilə orqanlar aktiv təsiri altına düşür. Bu isə dərinin tonlaşdırılmasına, arıqlamaya və rahatlaşmaya səbəb olur.

– Apparat üsulu — vibrosiqnalların dəri qatına dərindən daxil olması arıqlama effektini gücləndirir. Beləliklə cavanlaşdırıcı effekt göstərən elastin və kollagenin istehsalı çoxalır, qanın mikrodövranı güclənir və kalorilərin yandırılma sürəti artır.

– İdman üsulu — əzələlərin isidilməsi üçün bəzi preparatların istifadəsi piy qatının əriməsinə səbəb olur.

– Nöqtəvi üsul. Orqanizmimizdə maddələr mübadiləsini idarə edən bəzi bioloji aktiv nöqtələr var. Məhz bu nöqtələrə təsir etdikdə maddələr mübadiləsini tezləşdirmək, köpdən və ya aclıq hissindən azad olmaq mümkündür.

– Antisellülit — sellulit təsirinə məruz qalan bədən hissələrinə yoğurma, basma, vibrasiya və xüsusi müalicəvi yağlar və mazların istifadəsi ilə təsir üsuludur. Masaj 7-8 prosedurdan ibarət kursla keçirilir.

– Klassik. Klassik masaj vasitəsi ilə arıqlama effekti limfa istiqamətində aparılan masajla alınır. Prosedur əvvəlcə sığallama ilə başlayır, sonra yoğurma vibrasiya və sıxılma ilə davam edir.

– Sakitləşdirici — daxili əzələlərin yaxşılaşdırılması və bütün bədən tonusunun artırılması üsuludur. Bu masaj düzgün tətbiq edildikdə nəinki sakitləşdirici effekt göstərir, həm də arıqlamağa kömək edir.

– Qaynar vulkan daşları ilə masaj (Stounterapiya) — daşların təsiri altında qan dövranını gücləndirir və metabolizmi tezləşdirir, nəticədə orqanizmin piy ehtiyyatı tükənir. Qarın üzərinə qoyulan isti şumal daşlar iştahı azaldır və qida qəbulunun miqdarı azalır. İsti və soyuq daşların dəyişilməsi isə orqanizmdən toksinlərin çıxışına və kalorilərin əriməsinə səbəb olur.

– İsveç üsulu — barmaq ucu ilə lazımlı nöqtələrin bütün toxmalarına basılması ilə həyata keçirilir.

– Gigiyenik — dəstəkləyici masaj növüdür, digər  masaj növləri ilə birlikdə təbiq olunur. Bu üsul da zərərli maddələrin orqanizmdən çıxmasına səbəb olur.

– Aromamasaj —mübadilə prosessini stimullaşdıran, mədə – bağırsaq sistemini yaxşılaşdıran və bədəndəki artıq mayeləri və toksinləri aradan qaldıran aromatik efir yağlarının istifadəsi ilə tətbiq olunan masaj növüdür.

– Banka masajı. Digər deyimlə “Vakkum masajı” arıqlamağa kömək edən üsuldür. Dəri səthində yaradılan mənfi təzyiq vasitəsi ilə qan dövranının qüclənməsi və toksinlərin çıxışını təmin edir. Nəticədə hüceyrələr maksimal dərəcədə osigen alır. Qan dövranının qüclənməsi piy hüceyrələrinin əriməsinə səbəb olur.

Xüsusi suallar və müayinədən sonra sizə hansı üsulun daha münasib olmasını mərkəzimizin mütəxəssisləri  müəyyən edəcək.