Daha çox əzələ, daha az yağlanma -Emsculpt NEO. Mükəmməl bədən uğrunda mübarizə üçün tamamilə yeni konsepsiyanı müştərilərimizə təqdim etmək imkanına malik olan Azərbaycanın ilk mərkəzlərindən biri olduğumuza görə məmnuniyyət hissi duyuruq. Bakıda bədənin skulpturlaşdırılması və passiv lipolizi üçün yeganə unikal cihaz olan «EMSculp NEO», idman zalına getmədən, yük qaldırmadan və yan təsirlərə məruz qalmadan əzələ kütləsinin böyüdülməsini və piy yığınlarının azalmasını təmin edir. Estetik tibb sahəsində texnologiya istehsalı üzrə lider olan BTL-in «EMSculpt NEO» texnologiyası bənzərsizdir!

«EMSculpt» texnologiyasının əsasında bir prosedura ərzində əzələlərin 20000 dəfə yığılıb-açılmasını təmin edən (HIFEM) intensiv elektromaqnit sahəsi texnologiyası dayanır. Bu texnologiya klassik məşqlərdən qat-qat daha intensivdir, onun nəticəsində eyni zamanda əzələlər inkişaf edir və piy yığınları əhəmiyyətli dərəcədə azalır.

SİNXRONLAŞDIRILMIŞ RADİOTEZLİYİN TƏSİRİ (RT):

«EMSCulpt NEO»-nun radiotezlikli təsiri sayəsində dərialtı yağların orta hesabla 30%dək azaldılması kliniki olaraq təsdiq olunub. RT-nin istilik təsiri əzələlərin hərarətini artıraraq məşqlərdən öncə əzələlərin isidilməsi effektini yaradır, bu isə HIFEM+-in təsirini daha effektiv edir.

RT-nin təsiri altında 4 dəqiqə ərzində yağ qatlarında apoptoz prosesinin başlanması üçün tələb olunan hərarət təmin olunur – yağ hüceyrələrinin bərpaolunmaz zədələnməsi və bədəndən çıxarılması prosesi həyata keçirilir.

«EMSCulpt NEO» – proseduranın yüksək effektivliyini təmin edən isinmiş əzələlərlə işləyən yeganə cihazdır.

HIFEM+ -in təsiri:

HIFEM+ «EMSCulpt NEO» təkmilləşdirilmiş texnologiya sayəsində əzələ kütləsinin 25% artırılması kliniki olaraq təsdiq olunub.

(HIFEM+) təkmilləşdirilmiş intensiv elektromaqnit texnologiyasının istifadəsi ilə, əzələlərin maksimal səviyyədə yığılıb-açılması təmin olunur, bu nəticəyə ən intensiv məşqlərlə belə nail olmaq mümkün deyil. Əzələlər yeni yüklənmə rejiminə alışır, bu isə, öz növbəsində, onların iç strukturlarını dəyişir – yeni əzələ liflərinin yaranmasına və miofibrillərin böyüməsinə səbəb olur. Yığılarkən əzələlər yağ hüceyrələrindən aldığı külli miqdarda enerjiyi sərf edir, bu səbəbdən yağların miqdarı təbii şəkildə, əlavə manipulyasiyalar olmadan azalır.

 

EMSculpt NEO PROSEDURALARI KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

  • əgər sizin BÇİ-niz(Bədən çəkisi indeksi) 35-dən azdırsa (birinci piylənmə dərəcəsi) və yağ qatlarını azaltmaq istəyirsinizsə;
  • əgər qənaətbəxş bədən quruluşuna sahibsinizsə və daha gözəl bədən cizgilərinə sahib olmaq istəyirsinizsə;
  • əgər arzu etdiyiniz fiziki formaya nail olmusunuzsa və qarın və ya sağrı əzələlərinin konturlarını vurğulayaraq mükəmməl bədənə sahib olmaq istəyirsinizsə;
  • diastazın azalması üçün.

«EMSculpt NEO» HANSI NAHİYƏLƏRDƏ TƏTBİQ OLUNA BİLƏR?

  • RT tətbiqi ilə: yan tərəflərin və qarın nahiyəsinin dərin əzələləri;
  • RT tətbiqi ilə: sağrı əzələləri;
  • RT tətbiqi olmadan: qolların bisepsləri və trisepsləri;
  • RT tətbiqi olmadan: dizdən aşağı ayaqlar.

Kursun davametmə müddəti: yüksək nəticələr əldə etmək üçün dörd proseduradan ibarət olan kurs tövsiyə olunur.

  • RT-nin tətbiqi ilə kursun davametmə müddəti: hər 5-10 gündən bir 30 dəqiqəlik prosedura.
  • RT-nin tətbiqi olmadan kursun davametmə müddəti (trisepslər, bisepslər, dizdən aşağı ayaqlar): hər 2-3 gündən bir 20 dəqiqəlik proseduralar.

Yağların həcmi yüksək olduğunda proseduranı limfodrenajla birlikdə həyata keçirmək tövsiyə olunur.

Proseduraya hazırlanma: proseduradan iki gün öncə və proseduradan sonra 4 gün ərzində gündə 8 stəkan su içmək tövsiyə olunur. Proseduradan öncə bütün metal aksesuarları (saat, kəmər, bijutireriya) çıxarmaq eləcə də prosedura zamanı mobil telefondan istifadə etməmək zəruridir.

ƏKS GÖSTƏRİŞ:

  • hamiləlik, doğuşdan sonraki müddət, südvermə zamanı, menstruasiya;
  • organizmdə metalik implantlar (maqnit xüsusiyyətləri olan), kardiostimulyator;
  • dərmanların daxil edilməsi üçün pompa;
  • ürək çatışmazlığı, ürək aritmiyası;
  • travmalı və ya zədələnmiş əzələlər;
  • onkoloji xəstəliklər;
  • soyuqdəymə və başqa virus xəstəlikləri;
  • kəskin iltihablar;
  • septik xəstəliklər və ya emfizema;
  • ağciyər çatışmazlığı;
  • yoluxucu dəri xəstəlikləri;
  • sistemli və lokal infeksiyalar (məsələn, osteomielit, tuberkulyoz);
  • yüksək bədən hərarəti;
  • qanaxma;
  • xroniki xəstəliklər;
  • hərarətin və ya ağrının qavrama pozuntuları;
  • Bazedov xəstəliyi.