Orta pilinq – kimyəvi pilinq növüdür, bərkimiş və ölü hüceyrələrin epidermal və bazal qatlardan aradan qaldırılmasından ibarətdir. Prosedur üz, boyun, qol , dekolte və bədənin başqa problemli nahiyələrinə tətbiq olunur.

Orta pilingin yüngül pilingdən fərgi odur ki, bu üsul daha qatlaşdırılmış turşuların istifadəsi ilə təbiq olunur, məsələlən, ən çox istifadə olunan turşu – TCA turşusudur.

Orta piling hansı hallarda tətbiq olunur?

– Dərinin elastikliyini itirməsi;

– Dərin və böyük olmayan qırışlar;

– Güclü piqmentasiya (çillər daxil);

– Üz dərisi relyefinin hamar olmaması;

– Xloazm;

– Çapıqlar;

– Səth keratomları;

– Postakne;

– Ziyil və papilomlar;

– Güclü piqmentasiya;

Orta pilingin tətbiqi hansı hallarda münasib deyil?

– Ürək-damar sistemi xəstəlikləri;

– Onkoloji xəstəliklər;

– Şəkərli diabet;

– Dəridə irinləmə və ya iltihab prosesləri;

– Qan laxtalanmasının pozulması;

– Açıq yaralar;

– Xroniki və şiddətli infeksion xəstəliklər;

– Epilepsiya və psixoloji xəstəliklər;

Orta pilinq nəticəsində nəyə nail olmaq mümkündür?

– Dərinin üst qatının eyni bərabərlikdə olması;

– Dəri qatlarının möhkəmləşməsi;

– Epidermis qatının daha sıx olması.

Yüngül piling – ölmüş hüceyrə qatlarının reqenerasiya prossesini gücləndirmək məqsədi ilə aradan qaldırılmasıdır. Bərpa üçün zaman tələb etmir və tətbiqi nadir hallarda məsləhət görülmür.

Yüngül piling  hansı hallarda tətbiq olunur?

– Dərinin yağlılığı;

– Civzə;

– Xırda qırışlar;

– Seberoya;

– Postakne;

– Piqmentasiya.

Yüngül pilingin tətbiqi hansı hallarda münasib deyil?

  • Preparatlara qarşı allerqiya;
  • Dəridə yaralar və sıyırıqlar;
  • Herpes;
  • Mexaniki üz təmizlənməsi,epilyasiya,və qaş korreksiyasından sonra bir müddət;
  • Dermotoloji xəstəliklər.

Prosedür nəticəsində məsamələr daralır, dəri tonusu qalxır, dəri nəmləndirilir, dəri daha elastik olur, dərinin səthi düzləndirilir.