http://

Üzü cavan saxlamaq, qırışmasının qarşısını almaq və yaxud bu prosesi bir qədər gecikdirmək, dərini təravətli saxlamaq üçün ağılagəlməz üsullar icad olunub. Bunlardan biri də insanın öz qanı ilə həyata keçirilən mikronidlinq prosedurdur.
Dəri xüsusi aparat vasitəsilə deşilir və müəyyən preparatlar ora yeridilir.
Prosedurun əsas məqsədi dəridə mikro iynələrlə kanallar açmaqdır ki, bu da öz növbəsində dərinin aktivləşdirilməsi, (kollogen, elastin və hialuron turşusunun istehsalını təmin edən Fibroblastları aktivləşdirir) stimulyasiyası ve regenerasiyasının gücləndirilməsinə səbəb olur. Bu, dərinin zədələnməsinin qarşısını almaq üçündür.
Bu proseduru kollagen stimuleedici terapiya da adlandırmaq olar. Sadəcə dəri qanadıldığına görə, üzdə qırmızı qan effekti yaradır.
Bu üsuldan deformasiyaya uğramış dəri relyefinin hamarlaşdırılması ,genişlənmiş məsamələrin sıxlaşmasında, dərinin tonusunun və elastikliyinin artırılması, hiperpiqment ləkələrin müalicəsi, çapıqların, yanıqların, Akne sonrası çapıqların, Sellulitin müalicəsində, və s. geniş istifadə edilir.
Dəri növündən və problemdən asılı olaraq prosedur zamanı istifadə olunan preparatlar mikro iynələrin açdığı mikro kanalcıqlar dərinin daha dərin qatlarına təmas edir.
Prosedurun ardıcıllığı belədir:
– Üzün təmizlənməsi
– Anestetik krem çəkilməsi
– Dezinfeksiya
– Mezopreparatların çəkilməsi
– Dermapenlə işləmə.
Mikronidlinqdən sonra üzdə 3-4 gün qızartı olur. Sonra yüngül qabıqlanma olur. Prosedur 15 gün fasilə ilə tətbiq olunur .