Gel örtüyü – dırnaq uzanmasının  bərpası, gücləndirilməsi və stimulyasiyası üçün nəzərdə tutulan xüsusi maddədir. Bu prosedür nəticəsində dırnaqlar qalınlaşır və daha bərk olur. Dırnaqlar çatlamır və parlaq olur. Gel dırnaqlara adi dırnaq boyası kimi vurulur, lakin UV lampası ilə qurudulur. Gelin müxtəlif rəngləri var. Gel örtüyünün üzərinə müxtəlif naxışlar və zərlər qoymaq olar.

Dırnaqlar uzandıqda korreksiya tətbiq olunur (2 həftədən sonra), gel örtüyünün silinməsi xüsusi maddə ilə keçirilir.

Gel örtüyündən hansı hallarda istifadə olunur?

  • Davamsız dırnaqlar;
  • Məsaməli dırnaq örtüyü;
  • Dırnaq boyasının daha uzun müddət dırnaqda qalması üçün.

Dırnaqların göbələk xəstəliyinə yoluxması zamanı gel örtüyünün tətbiq olunması münasib deyil.