Keroplastika – saçların keratin vasitəsi ilə dolğunlaşdırılması prosedurudur, 4 pillədən ibarətdir, saçların zülal strukturunun doldurulmasıdır. Doldurulma nəticəsində saç tökülməsi aradan qaldırılır və saçlar daha sağlam görünür.
Prosedür necə keçirilir?
1 -ci pillə – tərkibində sulfat olmayan xüsusi şampun ilə saçların təmizlənməsi.
2 -ci pillə – tərkibində keratin kompleksi olan ampul konsentratının saçlara vurulması.
3 -cü pillə – keratini saçların dərin qatlarında saxlayan xüsusi maskanın saçlara vurulması.
4 -cü pillə – pulcuqları bağlayan, hidrobalansı saxlayan, elastikliyi artıran və saç səthini düzləşdirən kondisionerin istifadə olunması.
Prosedür qısa saçlar üçün 45 dəqiqə, uzun saçlar üçün isə 1,5 saat davam edir.