Əl dərisini nəmləndirmək üçün əl kremindən nə gədər istifadə etsək də çox zaman bu belə yetərsizlik edir. Dəridəki nəmlik balansının bərpası üçün və əl dərisinin soyuq qış və ya bitib-dükənməyən ev işlərindən sonra reabilitasiyası üçün Parafinterapiya əla üsuldur. Parafin dəriyə antiseptik effekt göstərir, dərini nəmləndirir və əl dərisini bərpa edir və cavanlaşdırır.
Birinci prosedurdan sonra nəticələr üzə çıxır və 1 həftə dəridə qalır. Proseduru həftədə bir dəfə, manikurdan əvvəl tətbiq etmək tövsiyyə edilir, çünki prosedur dırnaqları da möhkəmləndirir.
Müalicəvi prosedur olduğuna görə bəzi əks göstəricilər mövcuddur:
- Əldə yaraların mövcudluğu;
- İnfeksiyaların mövcudluğu;
- Şəkərli diabet;
- Hipertoniya;
- Ürək damar sisteminin xəstəlikləri.
Parfinoterapiyanın ciddi əks göstəricilərinin olmamasına baxmayaraq, onun tərtibindən sonra temperaturun kəskin keçidinin olmaması üçün bir neçə saat evdən çıxmaq tövsiyyə edilmir.