Və, əlbətdə ki, axır vaxtlar məşhurlaşan ombre…
Bu trend sürətlə dəbə minərək xanımların ən sevimli rəngləmə üsuluna çevrildi. Bu texnika sayəsində çoxları özünə yaraşan stili (tərzi) tapdı, bəziləri isə, təəsüf ki, saç ustalarının tərcübəsizliyinə görə saçlarının gözəlliyini itirdi…
Bu rəngləmə texnikasının əsas faydası zahiri obrazın, saç köklərinə toxunmadan da, tam dəyişilməsidir, bu isə gündəlik obrazı vurğulayır.
Bu üsulun əsas prinsipi – bir rəngdən digərinə, saçların ortasında hamar keçididir. Bu üsul həmçinin “deqrade” də adllanır.
Adətən bu üsulda saçların aşağı hissəsinin rəngi bir neçə ton açılır ( 8 və daha çox), saç kökləri isə tündləşdirilir və ya köklərdə saçların təbii rəngi qalır.