RF (Radio Frequency) lifting — dəri toxmalarından keçirilən impulslar, kollagen və elastin toxmalarının 65 dərəcəyədək qızmasına səbəb olurlar. Onlar isə istinin təsiri altında spiral formasına bükülür və liftinq effekti yaradır.

Rf liftinq hansı hallarda tətbiq olunur?

– Piy qatları;

– Dərinin uzanması;

-Selyülit;

– Dərinin sallanması;

– Dəri möhkəmliyinin itirilməsi;

– Dərinin qocalması.

Rf liftinqin tətbiqi hansı hallarda münasib deyil?

– Onkoloji şişlər;

– Hamiləlik;

– Virus Xəstəlikləri;

– Hipertoniya;

– Sklerodermiya.

Birinci seansdan sonra nəticələr üzə çıxmağa başlayır. Cəmi  6-12 seans lazımdır.