Şellak artıq bir neçə ildir ki salon prosedurları arasında ən məşhur prosedurdur. Və bunun səbəbi var!  Bu səbəb şellak örtüyünün parlaqlığı və möhkəmliyidir.

Baxımlı əllər sevən, manikura vaxt tapmayan və məzuniyyətə hazırlaşan xanımların ən sevdiyi prosedur – şellakdır.

Şellakın bundan başqa hansı üstünlükləri var?

  • Dırnaqların tez zamanda uzadılması;
  • Onların möhkəmləndirilməsi;
  • Estetikliyi;
  • Praktikliyi – şellak 3 həftə dırnaqda qalır;
  • Zərərsizliyi.

Şellakla  ahəngdar görsənən müxtəlif rənglər və dizaynlar vardır.