PRP (Platelet Rich Plasma) üz terapiyası – trombositlərlə zəngin olan, pasiyentə məxsus olan qandan ayrılan plazmanın daxil olunması yolu ilə dərinin cavanlaşdırılması və saçların uzadılması prosedurudur.
PRP üz terapiyası – üz dərisinin cavanlaşdırılmasının yeni üsulu, pasiyentin plazmasının dərinin problemli sahələrinə istifadəsinə əsaslanır. Plazma hüceyrələrin fəaliyyətini aktivləşdirir və bu dərinin cavanlaşmasına səbəb olur.
PRP hansı hallarda tətbiq olunur?
- Dərinin yaşa görə dəyişiklikləri (qırışlar, elastikliyin azalması);
- Dərinin quruluqu və qabıq çıxartması;
- Dərinin solğunluğu və piqmentasiyası;
- Akne (piy vəzilərinin iltihabı);
- Kimyəvi və lazer pilinqindən sonra dərinin bərpa olunması.
PRP terapiyasının tətbiqi hansı hallarda münasib deyil?
- Daxili orqan xəstəlikləri;
- Qan xəstəlikləri;
- Hepatit;
- Hamiləlik və laktasiya;
- Epilepsiya və psixiki xəstəliklər.
PRP saç terapiyası. PRP plazmoterapiyası – saçların profilaktikası üçün və saç tökulməsinin qarşısını almaq üçün tətbiq olunan estetik tibbin ən təsirli üsullarından biridir. Saçların uzanmasının intensivliyini və saç strukturunu yaxşılaşdırır.
PRP saç terapiyası hansı hallarda tətbiq olunur?
- Androqenik alopersiyanın müalicəsi üçün;
- Müxtəlif etioloqiyalı saç tökülməsinin müalicəsi;
- Saçların transplantasiya effektinin gücləndirilməsi;
- Mənbəyi alopesiyanın müalicəsi;
- Saç tökülməsinin dayandırılması.
PRP saç terapiyasının tətbiqi hansı hallarda münasib deyil?
- Daxili orqanların xəstəlikləri;
- Qan xəstəlikləri;
- Hepatit;
- Hamiləlik və laktasiya;
- Epilepsiya və psixiki xəstəliklər.