SMAS-liftinq-  cərrahi korreksiyanı və digər invaziv cavanlaşdırma üsullarını əvəz edən üz və boyun dartılması üzrə həyata keçirilən aparat metodikasıdır. Prosedura nisbətən zərərsiz təsiri ilə fərqlənir, sürətli və davamlı nəticə təmin edir.

Çalışma prinsipi

SMAS liftinqi müasir yüksək texnologiyalı Ultraformer III cihazı vasitəsi ilə həyata keçirilir.
Cihaz innovativ Micro Macro Focused Ultrasound və ya MMFU texnologiyası əsasında işləyir.

Əməliyyatsız liftinq effekti ultrasəsin əzələ-aponevrotik sistemə göstərdiyi təsir nəticəsində əldə edilir. Ultrarformer aparatı, tezliyi 4 və 7 MHz təşkil edən yüksək intensivli ultrasəs dalğaları yaradır. Onların təsiri altında müxtəlif dərinliklərdə toxumaların lokal qızdırılması zonaları formalaşır-1,5, 4,5 və 3,0 mm. Termorequlyasiya nəticəsində toxumalar sıxılır, bu isə təbii kollagen ifrazının güclənməsinə səbəb olur.

Fokuslanmış dalğa üz və boyunun müəyyən sahələrinə nöqtəvi şəkildə təsir göstərir. Bunun nəticəsində yalnız problemli sahələrə təsir göstərilir. Ultrarformer prosedurasının nəticələri dərhal nəzərə çarpır və seansdan sonra bir neçə ay ərzində artır.
Üstünlükləri

Ultraformerin tətbiqi ilə həyata keçirilən SMAS- ultrasəs dartılması cavanlığın qorunmasına və dəri tonusunun artırılmasına yönəldilmişdir.

Proseduradan sonra dəri səthi daha hamar və elastik olur, sağlam görünüş əldə edir. Ultraformer cihazının tətbiqi ilə həyata keçirilən ultrasəs liftinqinin əsas üstünlükləri aşağıdakılardır:

 

  • yüksək təhlükəsizlik səviyyəsi- dərinin yalnız müəyyən sahələri təsirə məruz qalır; 1 prosedura ildə cəmi bir dəfə keçirilir
  • reabilitasiya dövrünün olmaması – dərinin bərpası tələb olunmur, normal həyat tərzinizi dəyişməyə ehtiyac yoxdur;
  • ilin istənilən fəslində keçirilə bilər və digər kosmetoloji proseduralarla eyni zamanda keçirilə bilər;
  • uzunmüddətli nəticə — kollagen sintezinin stimulyasiyası hesabına effekt 3-5 ay ərzində artacaq;
  • əlverişli qiymət — Ultraformer cihazının tətbiqi ilə keçiriləcək liftinq prosedurası plastik əməliyyatdan daha ucuzdur.