Biorevitalizasiya – “təbii canlandırma” deməkdir – gialuron turşusu ilə dəri qatlarının təçiz edilməsi yolu ilə kosmetoloji qüsurların müalicəsi və profilaktikası üsuludur. Biorevitalizasiya üz, boyun, dekolte və əl (qol) üçün tətbiq oluna bilər.
Biorevitalizasiya hansı hallarda tətbiq olunur?
– Qırışlar;
– Susuzlaşmış və quru dəri;
– Ufo;
– Əməliyyat nəticəsində alınan zədələr və ya kimyəvi,lazer pillingdən sonra;
– Qeyri-Sağlam dəri rəngi, piqmentasiya, gözaltı tündlük;
– Problemli dəri, məsamələrin enlənməsi, yağlı dəri;
Biorevitalizasiyanın tətbiqi hansı hallarda münasib deyil?
– Dərinin individual olaraq gialuron turşusuna dözülmsüzlüyü;
– Onkoloji xəstəliklər;
– Hamiləlik və laktasiya;
– Kəskinləşmiş xroniki xəstəliklər, yüksək qızdırma;
– Autoimun xəstəliklər;
– Dəridə şiş formasında olan yenitörəmələr (o cümlədən xallar) və izlər.
Bu prosedür 25 yaşdan böyük xanımlar üçün tətbiq edilir.
1-2 seansdan sonra prosedür effekti üzə çıxır.
Nəticələr dəridə 3-6 ay, bəzən illərlə saxlanılr.
Botulinoterapiya – Disport, Kseomin və ya Botoks inyeksiyalarının köməyi ilə, üz və boyun əzələlərinin gərginliyinin azalması (əzələlərin boşalması) vasitəsi ilə mimiki qırışların korreksiyası və profilaktikası prosedurudur.
Botulinoterapiya hansı hallarda tətbiq olunur?
- Gözətrafı (qaz pəncəsi), dodaq üzərində torabənzər qırışlar;
- Alın, boyun və burun körpüsündə qırışlar;
- Aşağılanmış ağız küncləri;
- Həddindən artıq tərləmə.
Botulinoterapiyanın tətbiqi hansı hallarda münasib deyil?
- Hamiləlik və laktasiya;
- Onkoloji xəstəliklər;
- Kəskin infeksion xəstəliklər;
- Antikaoqulyantların qəbulu, qan laxtalanması probleməri;
- Təsir bölgəsində iltihab prosesləri.
Prosedur bədənin bir bölgəsində 15 dəqiqə davam edir.
Prosedurun effekti 2-3 gün ərzində üzə çıxır və 3-6 ay ərzində saxlanılır.
İldə iki dəfə prosedurun təkrarlanması məsləhət görülür. Hər prosedurda effektə nail olmaq üçün istifadə olunan preparatın miqdarı azaldılır, prosedurun nəticələri isə daha davamlı olur.